Əsəd də 12 fransız üçün göz yaşı tökdü

Əsəd də 12 fransız üçün göz yaşı tökdü
02:41 15 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyada 4 ildən artıqdır minlərlə mülki əhalinin ölümünə səbəb olmuş “Bəəs” rejiminin lideri prezident Bəşər Əsəd Parisdə baş vermiş terror hadisəsini şərh edib. ANS PRESS-in məlumatına görə, Əsəd Çexiyanın “Literarni Noviny” qəzetinə verdiyi müsahibədə günahsız insanların öldürülməsinə qarşı olduğunu bəyan edib. “Bəəs” lideri həmçinin Suriyanın 4 ildir terrordan əziyyət çəkdiyini vurğulayıb.

“Siyasi mövqeyi nə olursa-olsun, söhbət mülki insanları öldürməkdən gedirsə bu terrordur. Suriya dünyanın hər hansı bir yerində mülki əhalinin öldürülməsinə qarşıdır. Terrora və günahsız insanların öldürülməsinə qarşı olmaq Suriyanın əsas prinsipidir. Mülki insanlar öldürüldüyü üçün kədərliyik. Suriya Parisdə öldürülənlərin ailələrinin kədərini bölüşür. Suriyada 4 ildən artıq müddətdir belə bir terrora məruz qalıb. Minlərlə günahsız suriyalı terrora qurban getdi” – deyə Bəşər Əsəd müsahibəsində bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR