Maqnus Karlsen "ShamkirChess 2019"un qalibi oldu

Maqnus Karlsen "ShamkirChess 2019"un qalibi oldu
20:37 8 Aprel 2019
43 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib. 

Milli.Az bildirir ki, dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.

O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakinin 4,5 xalı var. 

Qeyd edək ki, Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR