"Borussiya" Hazardı transfer edir - 40 milyon avro

"Borussiya" Hazardı transfer edir - 40 milyon avro
20:47 8 Aprel 2019
82 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu müqavilə müddətini uzatmaq istəməyən Torqan Hazardla yolları ayırmağa qərar verib.

Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, Belçika millisinin üzvü karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək. Nəşrin iddiasına görə, tərəflər anlaşma əldə etmək üzrədir. Bu keçid üçün Dortmund təmsilçisi 40 milyon avrosundan keçəcək.

Qeyd edək ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsini gələn ilin yayında başa çatacaq. Hazard cari mövsüm 28 oyuna 12 qol vurub, 11 assist edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/745171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR