“Mançester Siti” FİNALDA bu komanda ilə oynayacaq

“Mançester Siti” FİNALDA bu komanda ilə oynayacaq
20:49 8 Aprel 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə Federasiya kubokunun hər iki finalçısının adına aydınlıq gəlib.
 
lent.az komanda.az-a xəbər verir ki, sonuncu yarımfinal matçında “Uotford” “Vulverhempton”la üz-üzə gəlib.
 
Beş qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla başa çatıb. “Vulverhempton” 36 və 62-ci dəqiqələrdə vurduğu qollarla böyük üstünlük əldə etməsinə baxmayaraq, bunu əldən verib. 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldan “Uotford” 90-cı dəqiqədə də penaltidən vurulan qolla matçın əlavə vaxta getməsinə nail olub. Əlavə vaxtda (104-cü dəqiqə) daha bir qol vuran “Uotford” həlledici oyuna vəsiqə qazanıb.
 
Digər yarımfinal matçında “Mançester Siti” “Brayton”a minimal hesabla qalib gəlib.
 
Beləliklə, mayın 18-də baş tutacaq həlledici qarşılaşmada “Mançester Siti” ilə “Uotford” üz-üzə gələcək.
 
İngiltərə Federasiya kuboku, yarımfinal
 
6 aprel
 
Mançester Siti – Brayton 1:0
 
7 aprel
 
Uotford – Vulverhempton 3:2

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR