Türkiyədə civədən kütləvi zəhərlənmə baş verib

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunun Məscitli kəndində kütləvi zəhərlənmə qeydə alınıb.

Metbuat.az xəbər verir ki, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən 15 nəfərin 12-si uşaqdır. Xəstələrdə davamlı olaraq qan təzyiqinin yüksəlməsi, kəskin ağrılar, ürək bulanması və s. kimi hallar müşahidə olunub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, zəhərlənməyə səbəb civədir. Uşaqlar tapdıqları qutunun içərisindəki civəyə toxunaraq zəhərləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR