"Barselona"dan Rakitiç açıqlaması

Barselona” mövsümün sonunda komandadan ayrılacağı deyilən İvan Rakitiçlə bağlı açıqlama yayıb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Bartomeu İspaniya mətbuatıan açıqlamasında xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib:

“Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridir, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.

Qeyd edək ki, “Barselona” ilə 2021-ci ilədək müqaviləsi olan Rakitiçin “Yuventus”la razılıq əldə etdiyi haqda xəbərlər yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR