Putin: Bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir

Putin: Bu məsələdə Rusiyanın mövqeyi dəyişməzdir
21:28 8 Aprel 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

Qolan yüksəklikləri üzrə Rusiyanın mövqeyi dəyişməzdir, bu ərazi üzərində İsrailin müstəqilliyinin tanınması haqqında ABŞ-ın qərarı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyası prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə ötən ay Vaşinqtonda görüşü zamanı Qolan yüksəklikləri üzərində İsrailin müstəqilliyinin tanınması haqqında bəyannaməni imzalayıb.

Qolan yüksəklikləri 1967-ci il “altıgünlük müharibə”nin gedişatında tutulub və İsrail 1981-ci ildə ərazini birtərəfli qaydada zəbt edib. Ərazinin statusu İsrail-Suriya münaqişəsinin əsas predmeti hesab edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/275023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR