"Atletiko" Oblakla yeni müqavilə imzalayır

"Atletiko" qapıçısı Yan Oblakla bu həftə yeni müqavilə imzalayacaq.

Metbuat.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, sloveniyalı qolkiperlə 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddəti daha bir il artırılacaq. Yeni müqavilə ilə Madrid təmsilçisi 26 yaşlı futbolçuya 100 milyon avro təzminat qiyməti qoyacaq.

Qeyd edək ki, Oblakla "Mançester Yunayted"in maraqlandığı iddia olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR