Azərbaycanlı "avtoritet" evləndi : 18 il həbs həyatından sonra - Toydan görüntülər

Azərbaycanlı "avtoritet" evləndi : 18 il həbs həyatından sonra  - Toydan görüntülər
21:39 8 Aprel 2019
159 Digər
Ölkə mətbuatı
A- A+

Kriminal aləmdə "Paşa” adı ilə tanınan azərbaycanlı "avtoritet" Pərviz Sabirabadlı ailə həyatı qurub.

 

Lent.az-ın məlumatına görə, bir neçə ay öncə uzunmüddətli həbs həyatından sonra azadlığa çıxan kriminal avtoritet martın 30-da  evlənib.

Onun toy mərasimində çox sayda kriminal "avtoritet"lər və tanınmış müğənnilər iştirak edib.

 

Qeyd edək ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin "Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, "qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Sabirabadlı Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz yox, "Paşa” deyirmiş. Beləcə hər kəs onu "Paşa” deyərək çağırmaya başlayır. Pərvizi Hikmətin davamçısı kimi də tanıyırlar.

 

Rusiyada yaşayan və orada da məhkum olan Pərvizi həbsxana çıxışında dostları, yaxınları qarşılayıb. Pərviz həm də "qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR