İranda 1 tondan artıq heroin aşkarlandı

İranda 1 tondan artıq heroin aşkarlandı
22:15 8 Aprel 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın Simnan və Mərkəzi vilayəti polis əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində 1,1 ton heroin aşkarlanaraq götürülüb.

Trend-in məlumatına görə, bunu İranın Simnan vilayəti polis rəisi Ruhuləmin Qasimi jurnalistlərə açıqlamasında deyib.

R.Qasiminin sözlərinə görə, Simnan vilayəti narkotik maddələrlə mübarizə polisi bir neçə aylıq araşdırma nəticəsində bir dəstə üzvlərinin böyük həcmdə narkotik maddəni daşımaq haqda məlumat əldə edib.

Ötən gecə Savə rayonu ətrafında yükü aparan maşın, bir avtomobil və dəstə üzvlərindən biri saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3043158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR