Kərgədan ovçusunun faciəvi sonu - Fil əzdi, aslanlar yedi - VİDEO

Kərgədan ovçusunun faciəvi sonu - Fil əzdi, aslanlar yedi - VİDEO
22:52 8 Aprel 2019
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cənubi Afrikadakı Milli Parkların birində faciə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, kərgədan ovçusu fil tərəfindən əzilərək öldürülüb. Sonra isə onun meyiti aslanlara yem olub. Parkın işçiləri onu axtarışa çıxıblar və iki gün sonra kəllə sümüyü və paltarlarını tapıblar.

Hadisə Kruqer Milli Parkında baş verib. Ovçu ilə birlikdə ova çıxanlar onun fil tərəfindən əzilərək öldürüldüyünü ailəsinə xəbər veriblər. Bundan sonra meyiti tapmaq üçün parkın ərazisində axtarışa başlanılıb. İki gün sonra isə ovçunun aslanlara yem olduğu üzə çıxıb. Onun kəllə sümüyü və paltarları tapılıb.

Parkın rəhbərliyi ovçunun ailəsinə baş sağlığı verib və parka girməyin qeyri-qanuni və təhlükəli olması barədə xəbərdarlıq edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kərgədan ovçusunun faciəvi sonu - Fil əzdi, aslanlar yedi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/745187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR