Floridada beş metr uzunluğunda piton tutulub

Floridada beş metr uzunluğunda piton tutulub
23:22 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Florida ştatının "Big Cуpress National Preserve" qoruğunun nümayəndələri qoruq sahəsində nəhəng dişi Birma pitonu tutublar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çəkisi 63,5 kiloqrama bərabər olan heyvanın uzunluğu 5,1 metrdir ki, bu da ABŞ-da indiyədək aşkar edilən rekord uzunluqda pitondur. Tədqiqatçılar, həmçinin pitonun daxilində inkişaf edən 73 yumurta olduğunu aşkarlayıblar. "Big Cуpress National Preserve" Mayamidən təqribən 80,5 kilometr qərbdə, Floridanın cənub hissəsində yerləşən qoruqdur. Florida ştatının hakimiyyət orqanları artıq neçə illərdir ki, pitonların invaziv populyasiyasının sayına nəzarət etməyə cəhd göstərirlər. Belə ki, onların sayının artması yerli əhali və bütövlükdə, ekosistem üçün ciddi təhlükənin olduğunu nümayiş etdirir. Onlar bu ilanların axtarılması və tutulması üçün yeni yanaşma tətbiq etmək qərarına gəliblər. Belə ki, tutulan erkək pitonların üzərinə radioötürücü quraşdırılıb, daha sonra qoruğa buraxıblar. Alimlər bu üsulla onları yumurta qoyacaq dişi pitonların yanına gətirə bilən erkəkləri izləyiblər. İndi tutulan dişi piton da bu yolla aşkar edilib. Tutulan dişi pitonu qoruğun ərazisindən uzaqlaşdırıblar, onun gələcək taleyi barədə məlumat verilmir.

Birma pitonu mənşəcə Cənub-Şərqi Asiyanın cəngəlliklərindəndir. Bu növ Cənubi Floridada evdə saxlanılan pitonların vəhşi təbiətə bilərəkdən buraxılması nəticəsində əmələ gəlib. Alimlər hesab edirlər ki, ilanlar Cənub-Şərqi Asiyadan həvəskarlar tərəfindən gətirilib və böyüyənədək ev heyvanı kimi saxlanılıb. Baxmayaraq ki, tutulan ilanın uzunluğu 5,1 metrdir, Floridada bundan da iri pitonların olması istisna deyil. Onların uzunluğu 7 metr, çəkisi isə 90 kiloqrama yaxın ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/745282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR