Diabet və ürək xəstələri üçün - Hansı çərəz nəyə faydalıdır?

Diabet və ürək xəstələri üçün - Hansı çərəz nəyə faydalıdır?
23:42 8 Aprel 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz. 

Milli.Az bildirir ki, medicina.az insan orqanizmi üçün ən faydalı çərələri sizin üçün seçib və faydalarını araşdırıb: 

1. Qoz - beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir. 

2. Yerfındığı - paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur.
 
3. Badam - badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir. 

4. Püstə - bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/745239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR