Ağcabədi rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi işdən çıxarılıb

Ağcabədi rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi işdən çıxarılıb
23:52 8 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru İldırım Alıyev vəzifəsindən azad edilib.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Onun yerinə hələlik təyinat olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Zəngilan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ənvər Həsənov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/agcabedi-rayon-polis-sobesinin-dyp-bolmesinin-reisi-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR