Tacikistanın Azərbaycandakı səfiri Naxçıvanla əlaqələrin vacibliyini qeyd edib

Tacikistanın Azərbaycandakı səfiri Naxçıvanla əlaqələrin vacibliyini qeyd edib
00:52 9 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.
"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, V.Talıbov qonağı salamlayaraq, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib.
Blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışıb. Yaşayış məntəqələrinin sürətli internet və rabitə xidməti ilə təmin olunduğunu bildirən V.Talıbov elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunub, turizm potensialını diqqətə çatdırıb.
Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb və səfərin əhəmiyyətini qeyd edib.
Səfir Rüstəm Soli səmimi görüşə görə minnətdarlıq edib, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyi ilə tanışlığın onda dərin təəssürat yaratdığını qeyd edən diplomat ölkələrimiz arasındakı əlaqələrin inkişafında ulu öndərin xidmətlərini xatırladıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını vacib məsələ kimi dəyərləndirib.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tacikistanin-sefiri-naxcivanla-elaqelerin-vacibliyini-qeyd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR