Bu gün Gürcüstanda 9 aprel hadisələrinin 30-cu ildönümü qeyd ediləcək

Bu gün Gürcüstanda 9 aprel hadisələrinin 30-cu ildönümü qeyd ediləcək
01:02 9 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda 9 aprel hadisələrinin 30-cu ildönümü tamam olur.
"Report"un yerli bürosu xatırladır ki, bu gün Gürcüstanda Dövlət Müstəqilliyinin bərpası haqqında Aktın qəbul olunduğu və milli birlik, vətəndaş həmrəyliyi günü kimi qeyd edilir.
Gürcüstan xalqı bu gün həmçinin vətən uğrunda canlarından keçənlərin xatirəsini də yad edir.
9 aprel 1989-cu il tarixində Tbilisinin mərkəzi Rustaveli prospektində dinc mitinqin sovet hərbi qoşunları tərəfindən amansızcasına dağıdılması nəticəsində əksəriyyəti qadın olmaqla, 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Həmin hadisələrdən iki il sonra 1991-ci ilin aprelin 9-da milli hərəkatın lideri Zviad Qamsaxurdia Gürcüstanın müstəqilliyinin bərpa olunduğunu elan edib.
Bu gün Gürcüstanda qeyri-iş günüdür. Həlak olanların xatirəsi bütün ölkə ərazisində anım tədbirləri ilə yad ediləcək, Tbilisidə parlamentin binası qarşısında 9 aprel hadisələrinin qurbanlarının xatirəsinə ucaldılmış memorial abidə ziyarət olunacaq.
Gürcüstanın xarici ölkələrdəki səfirliklərində də 9 aprel hadisələrinin ildönümünə həsr edilmiş tədbirlər keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-9-aprel-hadiselerinin-30-cu-ildonumu-qeyd-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR