Qazax və Ağstafada minaatan mərmisi, partladıcı aşkarlanıb

Qazax və Ağstafada minaatan mərmisi, partladıcı aşkarlanıb
01:42 9 Aprel 2019
129 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətin (DSX) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən Qazax rayonun Cəfərli kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkarlanıb, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Əlavə olaraq Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi ərazisində partladıcının olması barədə verilmiş məlumata əsasən agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd MRV-U partladıcısı və 2 ədəd yanmış-partlamış partladıcı aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.








Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazax-ve-agstafada-minaatan-mermisi-partladici-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR