Naxçıvanda 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Naxçıvanda 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb
04:32 9 Aprel 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasında əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 42 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.
"Report" Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, operativ vergi nəzarəti tədbirləri zamanı 27 vergiödəyicisinin "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib.
Keçirilən nəzarət tədbirləri zamanı 11 şəxsin vergi orqanlarında uçota durmadan öz şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə və 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan əyləncə tədbirlərində videoçəkilişin həyata keçirilməsi ilə məşğul olduğu aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq edilmiş 1610 manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivanda-42-vergiodeyicisinde-qanunvericiliyin-pozulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR