"Yuventus"un iki oyunçusunun zədəsi sağaldığından onlar "Ayaks"la oynaya biləcək

"Yuventus"un iki oyunçusunun zədəsi sağaldığından onlar "Ayaks"la oynaya biləcək
05:57 9 Aprel 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

"Yuventus"un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu zədədən sonra bərpa olub və aprelin 10-da Çempionlar Liqasının 1/4 final matçında "Ayaks"a qarşı oynaya biləcək.
"Report" xəbər verir ki, portuqaliyalı ötən gün ümumi qrupda məhdudiyyətsiz məşq edib. Beləliklə, hücumçu "Ayaks"la matçda komandanın heyətinə düşəcək.
Komandada ümumi heyətə həmçinin braziliyalı hücumçu Duqlas Kosta qayıdıb. Yarımmüdafiəçi Emre Cana gəlincə, o, "Milan"ıa (2:1) İtaliya çempionatının 32-ci turunun matçında almış zədəyə görə məşqi buraxmalı olub.
Qeyd edək ki, "Ayaks" - "Yuventus" matçı Amsterdamın "Yohan Kruiff Arena" stadionunda keçriləcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-un-iki-oyuncusunun-zedesi-sagalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR