Pompeo İranı hücumla hədələdi

Pompeo İranı hücumla hədələdi
06:38 9 Aprel 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Əgər İran hakimiyyəti Yaxın Şərqdə ABŞ-a hərbi hücuma qərar verərsə, onda bu, nəticələrsiz qalmayacaq.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Qeyd edək ki, bu gün ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Bundan sonra İranın Xarici İşlər Nazirliyi ölkənin Ali Milli Təhlükəsizlik Şurasına Yaxın Şərqdə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına daxil etməyi təklif edib. İranın xarici siyasət idarəsi bildirib ki, ABŞ Yaxın Şərqdə terror qruplaşmalarını dəstəkləyir və özləri terror əməliyyatlarında iştirak edirlər.

Müraciəti müsbət cavablandıran Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrinini terrorçu təşkilatlar siyahısına daxil edib.

Daha əvvəl isə SEPAH-ın baş komandanı Məhəmmədəli Cəfəri ABŞ-ı cavab tədbirləri ilə hədələyib.

"Vəziyyət belə olacağı təqdirdə, ABŞ-ın Qərbi Asiyadakı ordusu və hərbi qüvvələrinin dincliyi, sabitliyi pozulacaq, onlar artıq təhlükəsiz şəraitdə qala bilməyəcəklər”, - Məhəmmədəli Cəfəri bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/275039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR