Pele xəstəxanadan evə buraxılıb

Pele xəstəxanadan evə buraxılıb
06:52 9 Aprel 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Braziliyalı əfsanəvi futbolçu Pele bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.
"Report" xəbər verir ki, bu barədə "Globo" bildirib.
Məlumata görə, bir neçə gün əvvəl Peledə yoluxucu xəstəliyin ağırlaşması qeydə alınıb. Dünya futbolunun 87 illik əfsanəsinin yalnız bir böyrəyinin olması da narahatlığa səbəb olub. Bildirilir ki, o, xəstəxanada müalicəsini başa vurub.
Futbolçu bildirib ki, xəstəxanadan sonra evə yola düşəcək. Lakin o, tezliklə yenidən Parisə qayıda biləcəyinə ümid edir.
Qeyd edək ki, Pele bir neçə gün əvvəl Fransanın paytaxtında xəstəxanaya yerləşdirilib. O, PSJ-nin oyunçusu Kilian Mbappe ilə görüşdükdən sonra oteldən xəstəxanaya aparılıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pele-xestexanadan-eve-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR