Dəniz limanlarının tikintisi zamanı bu tələbə də əməl etmək lazım gələcək

Dəniz limanlarının tikintisi zamanı bu tələbə də əməl etmək lazım gələcək
07:08 9 Aprel 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dəniz ticarət limanlarının layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması tələb ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı "Dəniz limanları haqqında" qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Dəyişikliyə uyğun olaraq, dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli, eləcə də ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi zamanı ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.

Bu zaman həmin layihə ilə bağlı ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və sənədin ekoloji ekspertizası həyata keçirilməlidir.

Layihəyə əsasən, bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3040163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR