Britaniya parlamentinin İcmalar Palatası "Brexit"dən möhlət haqqında qanun layihəsini bütünlüklə bəyənib.
Bu barədə "Press Association" agentliyi bildirib.
Qərar aşağı palatanın deputatlarının daha əvvəl Lordlar Palatasından daxil edilmiş düzəlişləri qəbul etmələrindən sonra məlum olub. Qeyd edək ki, sənəd yenidən aşağı palatanın müzakirəsinə verilmişdi.
Daha əvvəl Britaniya parlamentinin Lordlar Palatası da "Brexit"dən möhlət haqqında qanun layihəsini bəyənib (Report).