Apple Tesla-nın çox mühüm menecerlərindən birini işə götürdü

Apple Tesla-nın çox mühüm menecerlərindən birini işə götürdü
08:12 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Apple, Tesla-nın elektrik enerjisi ötürülməsi üzrə vitse-prezidentini işə götürdü. Bu hərəkət, Apple-nin avtonəqliyyat vasitələrinin işini sürətləndirəcək kimi şərh edildi.

Belə ki, Apple-nin elektrik və avtonom nəqliyyat vasitələri ilə bağlı planları barədə rəsmi açıqlaması yoxdur. Hətta şirkət avtonom nəqliyyat vasitələrinin istehsalını aşağı salmaqla dayandıracağını bildirirmişdi. Lakin, Apple-nin son hərəkəti göstərir ki, şirkət avtonom və elektrikli avtomobil istehsalı baxımından geridə qalmağı düşünmür.

Milli.Az chip.az-a istinadən bildirir ki, Apple, Tesla-nın elektrik enerjisinin ötürülməsi üzrə vitse-prezidenti Michael Schwekutsch-u şirkətin avtonom nəqliyyat vasitə layihəsini əhatə edən Özəl Layihə Qrupu Mühəndisliyi üzrə baş direktor (Senior Director of Engineering at the Special Project Group ) vəzifəsinə təyin etdi.

Qeyd edək ki, Michael Schwekutsch yalnız Tesla-da deyil, eyni zamanda bugünkü elektrik idxal edən orqanların inkişaf etdirilməsində önəmli rol oynayan simalar arasında yer alır. Tesla Roadster və Semi-nin inkişafında əhəmiyyətli bir rol alan Schwekutsch BMW i8, Porsche 918 Spyder və Fiat 500e layihələrinə də imzasını atıb.

Bu yeni təyinat Apple-nin kommersiya məqsədli avtonom nəqliyyat vasitəsi üzərində işlər gördüyünü dəqiqləşdirir. Həmçinin Apple Volkswagen ilə də birgə layihə üzərində işlər görür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR