Antonio Quterreş 2050-ci ildə nüfuz sayının 9.7 milyarda çata biləcəyini bildirdi

Antonio Quterreş 2050-ci ildə nüfuz sayının 9.7 milyarda çata biləcəyini bildirdi
08:22 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının dünən yayımladığı hesabata əsasən 2050-ci ilə qədər dünya əhalisinin nüfuz sayının  9,7 milyard olacağını bildirdi.

Milli.Az chip.az-a istinadən bildirir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dünən yayımlanan hesabatda diqqəti çəkici nəticələr ortaya çıxdı. Beləki, 2050-ci ildə 9,7 milyard olması gözlənilən əhali sayının 2100-ci ildə 11 milyarda çatması gözlənilir.

Qeyd edək ki, sözügedən hesabatda əhalinin artım sürətinin azalması müşahidə olunub. Buna əlavə olaraq, əhalinin artımının təbii ehtiyatlara və dünya ekosisteminə təzyiq göstərəcəyi bildirildi. Hesabat BMT Baş katibi Antonio Quterreş  (Antonio Guterres) tərəfindən təqdim edildi.

Dünya əhalisinin sürətli artımı gələcək nəsillər üçün dünyadakı məhdud resursların paylanması və paylaşılmasında böyük problemlər yarada bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR