Redmi brendinin flaqman smartfonunun fotoları sızdırıldı

Redmi brendinin flaqman smartfonunun fotoları sızdırıldı
08:27 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Xiaomi şirkətinin müstəqil brendi kimi fəaliyyət göstərən Redmi-nin təmsilciləri çoxdan bəri Snapdragon 855prosessoruna sahib Redmi smartfonu üzərində çalışdıqlarını təsdiqləmişdilər. Lakin sözügedən smartfonun real fotoları hələ indi internetdə ortaya çıxıb. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində Redmi brendinin bilinməyən çərçivəsiz smartfon modelinin fotoları yayılıb. Bu barədə 4pda.ru saytı Slashleaks saytına istinadən xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, yayılmış fotolardan da görmək olar ki, Redmi brendinin flaqman smartfonunun ekranı maksimal dərəcədə nazik və eyni çərçivələrə sahibdir. Smartfon gövdəsinin heç bir hissəsində barmaq izi skanı texnologiyası yoxdur. Bu isə o deməkdir ki, həmin texnologiya smartfon ekranına inteqrasiya ediləcək.

Bundan əlavə olaraq ön kamera smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilib və lazımi vaxtda həmin kamera xaricə çıxa bilir. Smartfonun arxa panelində üç kamera modulu yerləşir. Arxa kamera modullarının göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Lakin çox güman ki, kamera modullarından biri 48 MP olacaq. Bəzi məlumatlara əsasən fotolarda əks olunmuş cihaz məhz Redmi Pro 2-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR