İrəvan çaşqınlıq içində - Düşmənin ikinci APREL QORXUSU

İrəvan çaşqınlıq içində - Düşmənin ikinci APREL QORXUSU
08:33 9 Aprel 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

“David Tonoyanın son zamanlar səsləndiriyi bəyanatların hamısı cəfəngdir. Onlar, ümumiyyətlə, reallıqla uzlaşmır”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Ermənistanın müdafiə naziri David Tonoyanın ABŞ səfərində “yeni torpaqlar üçün yeni müharibə” açıqlamasından bir neçə gün sonra ordularını sülhə hazırlamalarını açıqlamasını şərh edən politoloq bildirib ki, Ermənistan hazırda çaşqınlıq içindədir:

“Çünki aydın oldu ki, Azərbaycan bu münaqişədə güclü bənddir. Zəif bənd Ermənistandır ki, özü qorxur və bizi qorxutmağa çalışır. İkincisi isə, özlərini bütün ictiamiyyət qarşısında gülünc vəziyyətə salırlar. Çünki müharibəyə başlayıblar və onu sona çatdıra bilməyiblər. İndi müharibənin ikinci partiyasında həm qorxu içindədirlər, həm də bilmirlər diplomatiyalarını necə ifadə etsinlər ki, belə bir gülünc vəziyyətdən normal şəraitdə çıxa bilsinlər. Tonoyan son bəyanatında deyir ki, Azərbaycan Ordusu sülhə hazırlaşmalıdır. Ona deyən lazımdır ki, ordu sülhə hazırlaşmır. Ordu sülhü qoruyur. Ona görə də Ermənistan kimi nataraz bir qonşusu olan dövlət gərək müharibəyə hazır olsun. Ordunun birinci vəzifəsi ondan ibarətdir ki, xaricdən gələn təhlükələri dəf etsin, daha sonra bu təhlükələrə lazımi cavabı versin.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti də əvvəlki kimi böhran içində çabalayır: “Onların Azərbaycanın tutarlı bəyanatları qarşısında cavabları yoxdur. Bu, həm Ermənistanın acizliyini ifşa edir, digər tərəfdən Ermənistan diplomatiyasının acizliyini, natamamlığını göz önünə sərir. Ermənistanın Nikol Paşinyan hakimiyyətə gələndən sonra, yəni son bir ildə xaricdən dəstək almaq cəhdləri puça çıxır. Bu, onu göstərir ki, Ermənistan meydanda tək qalıb. Ona kimsə yiyə durmaq istəmir. Bu da o anlama gəlir ki, Ermənistanın işğalçı siyasətini dünya birliyi, bölgə dövlətləri birmənalı şəkildə rədd edirlər. Ermənistan nə qədər də gəlişi gözəl ibarələrlə vəziyyəti müsbət tərəfə çəkməyə çalışsa da, biz bilirik ki, situasiya belə deyil. Ermənistan 2016-ci ildə baş verən aprel hadisələrinin təkrarını və daha böyüyünü görmək istəmirsə, gərək bu başdan özlərinin xeyrinə sülhə hazır olmağı diqqət mərkəzinə çəksinlər. Təsdiq etsinlər ki, onların Azərbaycanla bağlı xain planları yoxdur.

Tonoyan deyir ki, Azərbaycan Ordusu müharibəyə hazırlaşır. Azərbaycan Ordusu, əlbəttə, müharibəyə hazırlaşmalıdır. Əgər müharibə qurtarmayıbsa, atəşkəs daim pozulursa, daim hər iki tərəf itki verirsə, bu müharibə deyil, bəs nədir?”

Qeyd edək ki, Müdafiə Nazirliyi David Tonoyanın bu bəyanatına cavab verib. Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məsələ ilə bağlı açıqlamasında "dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır" ifadələrini işlədib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/275004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR