Lenovo-nun ilk qatlana bilən smartfonunun görüntüləri ortaya çıxdı

Lenovo-nun ilk qatlana bilən smartfonunun görüntüləri ortaya çıxdı
08:42 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Lenovo-nun ilk qatlana bilən smartfonun patent görüntüləri ortaya çıxdı.

Belə ki, Lenovo Samsung və Huawei cihazlarından fərqli bir model üzərində işləyir. Bildiyiniz kimi Samsung və Huawei artıq istehlakçılara ilk smartfon modellərini təqdim edib. Xiaomi, Oppo və Motorola kimi şirkətlər də qatlana bilən smartfonlar üzərində işləyirlər. Yeni bir patent, Lenovo-nun oyuna qatılacağını ortaya çıxardı. Patent görüntülərinə görə, Lenovo Samsung və Huawei-dən fərqli bir istifadəçi təcrübəsi təqdim edəcək bir smartfon üzərində işləyir.

Milli.Az chip.az-a istinadən bildirir ki, Lenovo qatlana bilən smartfon nazik və uzaq olacaq. Bununla birlikdə, tam ekran istifadə edilmədikdə cihazın alt hissəsi qatlana bilər.

Cihaz bərabərqatlanma əvəzinə 3-də 1 nisbətində qatlanır. Ekranın qatlanan hissəsindəki kiçik bir ikinci ekran olacaq. Əsas ekranın yuxarı hissəsi də, yəqin ki, bildirişləri göstərmək üçün istifadə olunmağa davam edəcəkdir. Bununla belə, bu dizaynın nə qədər faydalı olacağını proqnozlaşdırmaq olmaz. Samsung və Huawei bir notebook kimi qatlama texnologiyasından istifadə edərək kiçik və böyük iki ekranlı ekrana sahib idi. Ancaq bu ekranlar bir tabletə uyğunluq şəklində idi. Lenovanın istifadəçilərə belə bir uzun ekranı necə istifadə etməyi üstünlük verəcəyi məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR