Asus Zenfone 6Z-nin AnTuTu nəticəsi açıqlandı.
Milli.Az chip.az-a istinadən bildirir ki, Asus-un üst seqmentindəki ən ASUS_I01WD model nömrəsi ilə AnTuTu testindən keçdi. Beləliklə, biz cihazın bəzi texniki xüsusiyyətlərini öyrənmiş olduq.
AnTuTu-da yer alan bilgilərə görə, Asus Zenfone 6Z Qualcomm-un ən güclü prosessorlu Snapdragon 855 ilə təchiz ediləcək. Qurğu 6 GB RAM-lı 128 GB daxili yaddaşa sahib olacaq. Cihazın ekran ölçüsü bilinməsə də, tam HD + ekrana sahip olacaq. Digər diqqətəlayiq bir məsələ isə, Asus Zenfone 6Z-nin AnTuTu tesdindən 363.172 bal olaraq iddialı bir nəticə əldə etdi. Sintetik testlər cihazların gücünü tam əks etdirməsə də ballar gündəlik həyatda performans üçün faydalı bir istinad hesab edilir.
Milli.Az