Çində faciə: 10 nəfər qarın altında qalıb

Çində faciə: 10 nəfər qarın altında qalıb
09:12 9 Aprel 2019
40 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Sintzyan-Uyğur muxtar rayonunda qar uçqunu baş verib.

Milli.Az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 10 nəfər qarın altında qalıb.

Bildirilir ki, hazırda xilasetmə əməliyyatı aparılır. Qarın altında qalan insanlardan 1-i yüngül, 1-i isə ağır xəsarətlər alıb. Onların "GPS"i, təxminən bir sutkalıq yeməkləri və peyk telefonları var.

Qeyd edilir ki, peyk telefonunun vasitəsilə qarın altında qalan şəxslər xilasedicilərlə əlaqə qururlar.

Məlumata əsasən, xilasetmə əməliyyatında 2 helikopter cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR