Eden Azar Kriştianu Ronaldonu keçdi

Eden Azar Kriştianu Ronaldonu keçdi
09:54 9 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar Premyer Liqada vurduğu qolların sayını 85-ə çatdırıb.
 
ONA-nın məlumatına görə, belçikalı futbolçu bununla da əfsanəvi Kriştianu Ronaldonu arxada qoyub.
 
Mançester Yunayted”də oynamış portuqaliyalı 2003-09-cu illərdə şərəfini qoruduğu komanda ilə çempionatda 84 dəfə fərqlənib. E.Azar bir gün öncə keçirilən “Vest Hem”lə oyunda bunu rəsmiləşdirib. Dublla komandasının 2:0 hesablı qələbəsində pay sahibi olan hücumçu öncə K.Ronaldoya çatıb, ardınca isə arxada qoyub.
 
Qeyd edək ki, Premyer Liqanın ən yaxşı bombardiri Alan Şirerdir. Onun hesabında 260 qol var.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR