Anji Kaspşik cəbhə xəttində monitorinq keçirəcək

Anji Kaspşik cəbhə xəttində monitorinq keçirəcək
09:57 9 Aprel 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu istiqamətində AzərbaycanErmənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Bosşard keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anji Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko aparacaqlar. 


Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag-munaqishesi/anji-kaspsik-cebhe-xettinde-monitorinq-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR