Qazax sakini bazara “təmiz” cücə təklif edir - VİDEO

Qazax sakini yeni ixtiraya imza atdığını iddia edir. O, inkibatorda apardığı təkmilləşdirmə və yeniliklər sayəsində yüzdə yüz, faiz ,itkisiznəticə əldə edir. İnkibatordan çıxan cücələrə isə heç bir xəstəliyə qarşı dərman preparatları istifadə edilmir.

Metbuat.az xəbər verir ki, o, 10 ilə yaxındır məşğul olduğu sahədə yenilik edərək antibakterial və antiviruslu inkubator hazırlayıb.

Qazax rayonu Kosalar kənd sakini Asif Zöhrabov 4 ildir təcrübə apardığı bu inkubatorları təkmilləşdirərək 100%-lik nəticə əldə edib. Yumurtadan çıxan cücələrin 4-5 aylığına kimi iynə-dərmanla böyüməsinin, xəstəliklərə davamsız olmasının qarşısını almaq məqsədilə bu addımı atdığını bildirir.

12 saatdan bir ultrabənövşəyi işıqlar avtomatik olaraq işə düşür, 1 dəqiqə müddətində inkubatorun daxilində təmizlik apararaq yenidən sönür. Bundan başqa, inkubatorun daxilinə havalanma nəticəsində virus keçdiyi zaman da qurğu avtomatik işə düşür.

İnkibatorda toyuqla yanaşı digər ev quşlarının da yumurtasını asanlıqla yetişdirmək mümkündür. Maksimum bir ay müddətinə tam sağlam cücələr əldə edilir. asıf zörabov deyir ki,elektrik kəsilsə inkubatorda 4 saatdan çox istiliyi saxlayır.

İxtiraçı gələcəkdə bu cür inkibatorların sayını artırmaq niyyətindədir. O, bu səbəbdən ixtirasını patentləşdirmək fikrindədir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR