16 Səudiyyə vətəndaşının ABŞ-a girişi qadağan edildi – Camal Qaşıqçı cinayəti

Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əli olması səbəbilə, hadisədən 6 ay sonra 16 Səudiyyə vətəndaşının ABŞ-a girişi qadağan edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi nazir Mayk Pompeonun bununla bağlı yazılı açıqlamasını yayıb.

Açıqlamada deyilir:

“Bu gün xarici işlər naziri Mayk Pompeo, Camal Qaşıqçının öldürülməsində rolu olan aşağıdakı şəxsləri cəmiyyətə açıq şəkildə sanskiya siyahısına daxil edib - Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanın keçmiş sözçüsü Səud əl-Kahtani, Mahir Mutreb, Salah Tubaigy, Meshal əl-Bostanı, Naif al-Arifi, Məhəmməd əl-Zahrani, Mansur əbu Huseyin, Xalid əl-Uteybə, Abdulaziz əl-Hausaui, Vəlid əl-Sehri, Thaar əl-Hərbi, Fahad əl-Balawi, Badr əl-Uteybə, Mustafa əl-Mədəni, Saif əl-Kahtani və Turki əl-Sehri”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR