Deputatlar bu gün 20 məsələ üçün toplaşır

Deputatlar bu gün 20 məsələ üçün toplaşır
10:12 9 Aprel 2019
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasın əvvəlində Hesablama Palatasının hesabatı dinləniləcək.

Daha sonra deputatlar Ailə Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Su Məcəlləsinə, Mülki Məcəlləyə, Gömrük Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "İctimai iştirakçılıq haqqında", "Kənd təsərrüfatı kooperasiyası haqqında" və digər qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəklər.

Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/745421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR