Pəncərədən baxmağa belə qoymadılar - Gecə əməliyyatından GÖRÜNTÜLƏR/ FOTOLAR

İstanbul Beşiktaşda gecə saatlarında bir ünvana keçirilən terror əməliyyatında bir nəfər saxlanılıb.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, əməliyyata Xüsusi Təyinatlı dəstələr də dəstək verib.

İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə İdarəsinin briqadaları Beşiktaşda bir ünvanda gecə saatlarında əməliyyat keçirib.

Saat 00.30 sıralarında Vişnezade Məhəlləsi, İdmançı Adil küçəsində olan bir binaya girilib.

Xüsusi Təyinatlı dəstələrin də dəstək verdiyi əməliyyatda polis ətrafda geniş təhlükəsizlik tədbiri alıb.

Bina ətrafında sıx təhlükəsizlik tədbiri alan Xüsusi Təyinatlı dəstələr küçədə yerləşən binaların pəncərələrinə çıxan vətəndaşları xəbərdar edərək baxmamalarını söyləyib.

Ünvanda təxminən iki saat davam edən axtarışlar sonrası evdə qalan Y.G. saxlanılıb.

Nəzarətə alınan şübhəli səhiyyə idarəsinə aparıldıqdan sonra sorğu-sual olunmaq üçün polisə aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR