UNİCEF: Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən uşaqların sayında artım müşahidə olunur

UNİCEF: Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə qəbul edilən uşaqların sayında artım müşahidə olunur
10:47 9 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Uşaq Fondunun (UNICEF-in) bu gün açıqladığı hesabatda dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qalaraq ümumi təhsil prosesinin başlanğıcından dərin bərabərsizliyə məruz qalması barədə xəbərdar etdiyi bir vaxtda, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə olunur.
"Report"un xəbərinə görə, bununla əlaqədar olaraq UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, son üç il ərzində Azərbaycanda məkətəbə hazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Bbelə ki, 2015-ci ildə 15% təşkil etmiş göstərici ötən il 75%-ə bərabər idi. Bununla yanaşı, son iki il ərzində 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3.000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqları əhatə etmək məqsədilə yeni kurikulum və tədris materialları işlənib hazırlanmışdır, habelə əlaqədar pedaqoji heyətin uşaq yönümlü tədrisi daha çox təşviq edən yeni metodologiyalar üzrə təlimləndirilməsi həyata keçirilib.
UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi daha çox, sinifdə qalması və təhsildən yayınması isə nisbətən az ehtimal olunduğundan bu cür uşaqlar böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə vermək iqtidarındadırlar.
Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuran, habelə bu cür təhsilin sonunda oxumaq və saymaq kimi zəruri vərdişləri hərtərəfli qavrayan uşaqların sayı əhəmiyyətli dərəcədə çoxdur.
Sözügedən qlobal hesabatda qeyd olunduğu kimi ev təsərrüfatlarının rifahı, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyən edən əsas amillər sırasında yer alır. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.
Cənab Karvardin bildirib ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqların hərtərəfli inkişaf etməsi və böyüdükdən sonra yaşadıqları çəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün töhfə vermək qabiliyyətinin güclü olması daha çox ehtimal edilir.
2017-ci ildə müvafiq məlumatların mövcud olduğu dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6%-i məktəbəqədər təhsil üçün nəzərdə tutulub, bu ölkələrin təxminən 40%-də isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2%-dən də az vəsait ayrılıb. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10%-i məktəbəqədər təhsil üçün nəzərdə tutulub.
Karvardin qeyd edib ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabət qabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir: "Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərin davam etdirilməsini təmin etməlidirlər".


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/uni-cef-azerbaycanda-mektebeqeder-tehsil-muessiselerine-qebul-edilen-u

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR