"“Sovetlər”dən qalan insanların dəyərləri qəribədir” - Günel

"“Sovetlər”dən qalan insanların dəyərləri qəribədir” - Günel
10:57 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Amerikaya köçən azərbaycanlı aparıcı Günel Hümbətova Feysbuk statusu ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən günlərdə Bakıda intihar edən şagirdlə bağlı nalayiq sözlər işlədən direktorla bağlı fikirlərini ifa edib:

"İstəyirsiniz etiraz edin, ya da qınayın məni. Amma "sovetlər"dən qalan insanların əksəriyyətinin təfəkkürünü anlaya bilmirəm. Sözsüz ki, hamıya aid deyil, amma əksər insanlarının dəyərləri qəribədir... Məsələn, elə o məktəb direktoru kimiləri.

Ərk sayağı davranışları və s. Qarşındakının nə hisslər keçirdiyini heç vecinə almamaları, şəxsi subardinasiyanı qorumağa meylli olmamaları, özününkü səhv də olsa tərəfini tutarlar bir də, amma yadın etdiyi səhvi əsla bağışlamazlar və s.

"Baby-boom" dövründə doğulanlar məncə daha çox belə olurlar müşahidələrimə görə. Ümumiyyətlə çox ərk edən insanları sevmirəm! Hələ çox xüsusiyyətlərini səciyyələndirmək olar", -Günel qeyd edib.

Qeyd edək ki, sözügedən direktor bir neçə gün öncə intihar etmiş məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı açıqlamasında şagirdin ailəsi haqqında təhqiramiz ifadələr işlədib:

"Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/745425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR