Yaşayırıq, yaradırıq, gələcəyə inanırıq! (FOTO)

Yaşayırıq, yaradırıq, gələcəyə inanırıq! (FOTO)
11:01 9 Aprel 2019
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xüsusi qayğıya ehtiyacı olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyası hər zaman aktual problemlərdəndir. Bu istiqamətdə artıq ilk addımlar atılsa da, bunun yetərli olmadığını görürük. Bu proqram çox şaxəli olmalıdır. Bu uşaqların sosial müdafiəsinə, cəmiyyətə inteqrasiyasına və bacarıqlarının inkişaf etdirilməsilə bərabər onların valideynləri ilə də işlər aparılmalı və dəstək göstərilməlidir.

Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyi bu yanaşmanı artıq uzun illərdir ki, tətbiq edir. Reabilitasiya proqramlarının bir hissəsi olaraq yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Müşfiq mərkəzində olan uşaqlar, müxtəlif teatr festivallarında və şərgilərdə fəal iştirak edirlər. Butün bu proqramlarda tərəfdaş kimi çıxış edən "Holcim Azərbaycan" şirkəti artıq 20 ildir ki, Müşfiq Cəmiyyətini dəstəkləyir.

Holcim-ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası cəmiyyətdə aktual olan problemlərin həllinə töhfə verməkdir. Şirkət LafargeHolcim-in üzvü olaraq 2022 və 2030 illərdə davamlı inkişaf hədəflərində öz əksini tapmış icmanın və insanların rifahını yaxşılaşdırmağı qarşısına məqsəd kimi qoyub.

Holcim-in Baş Direktoru Frederic Guimbal qeyd edib: “Cəmiyyətin hər bir üzvü diqqətdən kənarda qalmamalıdır. Xüsusi qayğıya ehtiyac duyan uşaqlara cəmiyyətdə bərabər imkanlar yaradılmalıdır. Bu günə qədər ölkənin davamlı inkişafına müsbət təsir göstərmiş təhsil, səhiyyə, infrastuktur, və bir çox layihələr səhmdar cəmiyyət tərəfindən həyata keçirmişdir”:

Artıq bu gün "Holcim Azərbaycan" və Müşfiq Əlil Uşaqlara Yardım Cəmiyyəti birgə əməkdaşlığının 20 illiyini qeyd edir. Bu münasibətlə Müşfiq Cəmiyyətinin uşaqları "Holcim Sement" zavodnun kollektivi üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə çıxış edən Müşfiq Birliyinin sədri Validə Abbasova qeyd edib: “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğının, onların yaradıcılıq potensialının üzə çıxarılması vacib məsələlərindən biridir. Və bu illər ərzində "Holcim" şirkəti bu qayğını Müşfiq mərkəzindən əsirgəməmiş hər zaman öz dəstəyini göstərib. Mərkəzdə uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə idarə etməsi üçün imkanlar yaradılır. Yaradıcı bacarıqlarını nümayiş etdirərək uşaqlar özlərini cəmiyyətə tanıdır və mövcud stereotipləri qırır. Tədbir həm balaca qonaqların, həm də Holcim əməkdaşlarının sevincinə səbəb olub".

"Holcim Azərbaycan" 80 ölkədə 80.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən "LafargeHolcim" Qrupun üzvüdür. "LafargeHolcim" dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində 180 ildən artıq təcrübəyə malik olan dünya liderlərindən biridir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR