Bu pərdənin arxasında DƏHŞƏT var - Səs-küy eşidilər və.../FOTOLAR

Bursada Suriya əsilli gənc qadın evində əlləri və ayaqları bağlanıb boğularaq öldürülmüş halda tapılıb.

Metbuat.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, hadisə axşam saatlarında İldırım rayonuna bağlı Zümrütevler Məhəlləsində baş verib.

Verilən məlumata görə, dörd mərtəbəli mənzilin ən alt qatında yerləşən mənzildən qışqırtı və bağırtı səsləri gəlib.

Qonşuların xəbəri üzərinə hadisə yerinə gələn polis dəstələri evə girdikdə zalda əlləri və ayaqları bağlı boğularaq öldürülmüş gənc qadın cəsədiylə qarşılaşıb.

Aparılan araşdırmalar nəticəsində meyitin 30 yaşlı Həyat Hattaba aid olduğunu müəyyən edən komandalar, şübhəlinin isə qonşularının iddialarına görə evin açıq olan pəncərəsindən qaçan əri olduğunu müəyyən edib.

Komandalar evin ətrafında geniş təhlükəsizlik tədbiri alarkən, gənc qadını öldürüb qaçan əri Əli Hattabı tutmaq üçün ətrafda arama çalışmalarına davam edir.


Gənc qadının cəsədi hadisə yerinə gələn prokuror müavininin araşdırmasının ardından ekspertizaları edilmək üzrə Adlı Tibb meyitxanasına aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR