Braziliyada təhsil naziri işdən çıxarıldı

Braziliya prezidenti Jair Bolsonaro təhsil naziri Rikardo Velez Rodrigezi işdən çıxarıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolsonaro, Tvitterdəki statusunda açıqlama yazaraq qeyd edib ki, işdən çıxarılan nazirin yerinə Abraham Veintrab təyin olunub. Yeni nazirin idarəçilik məsələsində geniş təcrübəsinin və bu sahə üçün lazımi biliyə sahib olduğunu deyən Bolsonaro eks nazirə göstərdiyi xidmətə görə təşəkkür edib.

Rikardo Velez Rodrigezin hansı səbəbdən vəzifədən çıxarıldığı ilə bağlı dəqiq məlumat yoxdur.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR