Bakıda nəqliyyat vasitəsini qaçıran şəxs həmin avtomobillə birgə saxlanılıb

Bakıda nəqliyyat vasitəsini qaçıran şəxs həmin avtomobillə birgə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, aprelin 8-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta saatlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

5-ci Polis Bölməsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.

Araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR