Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?

Rəqəmsal texnologiyalar hansı peşələrin axırına çıxacaq?
11:29 9 Aprel 2019
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rəqəmsal texnologiyaların iqtisadiyyata tətbiqi əmək bazarına ciddi təsir göstərir və bəzi peşələri sıxışdırıb çıxarır.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının ekspertlərinin hazırladığı məruzədə deyilir.

Məruzədə qeyd olunur ki, gündəlik işləri daha çox rəqəmsal texnologiyalar yerinə yetirəcək və nəticədə bu peşələr avtomatlaşma ilə əlaqədar olaraq yoxa çıxacaq:

“Bu peşələrə nümunə olaraq avtomobil istehsalı müəssisələrində maşın operatorları və ofislərdə kargüzarları göstərmək olar”.

Bununla belə, məruzədə o da qeyd olunur ki, kompüter mühəndisləri və elm, texnika və riyaziyyatla bağlı sahələrdə mütəxəssislərə tələbat artacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3043335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR