Tramp miqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır

Tramp miqrasiya siyasətini sərtləşdirməyə hazırlaşır
11:32 9 Aprel 2019
67 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri Kirsten Nilsenin istefası fonunda ölkənin miqrasiya siyasətini sərtləşdirməyi planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" etibarlı mənbəyə istinadən informasiya yayıb.

Nəşrin yazdığına görə, Tramp Ağ Evdəki müşavirlərini miqrasiya qanunvericiliyinin sərtləşdirilməsində daha fəal şəkildə iştirak etməyə çağırıb.

Ağ Ev rəhbəri başlıca olaraq, ABŞ hüdudlarına qanunsuz yolla daxil olan qeyri-leqal mühacir ailələrin sayının azalmasına nail olmağa çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/745436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR