"Hindu dövləti"nin qurulması tələbi ilə aksiya keçirildi

"Hindu dövləti"nin qurulması tələbi ilə aksiya keçirildi
11:33 9 Aprel 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Nepal müxalifəti ölkənin yenidən “Hindu dövləti”olması tələbi ilə aksiya keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aksiyanı təşkil edən Milli Demokrat Partiyası üzvlərinə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Aksiya zamanı yaralanan və saxlanılanlar var. Yerli mediada yer alan xəbərdə Nepalın Hindu krallığını geridə qoyduğu yazılıb. “Nepal özünə layiq dünyəvi respublika qurub. Kiçik bir müxalifət partiyasının iki tələbi var. Bunlardan biri Nepalın monarxiyaya çevrilməsi, digəri Hindu dövləti olmasıdır.

Qeyd edək ki, Nepalda 2008-ci ildə Kral Gyanendra demokratiya tələbli aksiyalardan sonra monarxiyaya son qoymuş və respublika rejimini qəbul etmişdi. Nepalda əhalinin 80 faizi Hindu inanclı insanlardır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/275061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR