"PwC Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Bakıda keçirilən Kouçinq və Liderlik konfransının açılışında çıxış edib (FOTO)

"PwC Azerbaijan" şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev Bakıda keçirilən Kouçinq və Liderlik konfransının açılışında çıxış edib (FOTO)
11:36 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Aprelin 5-də Bakıda "Boulevard Otel"də keçirilən Kouçinq və Liderlik konfransında "PwC Azərbaycan" şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev “Yüksəlişin əks yönləri” mövzusunda çıxış edib.

Öz nitqində M.Paşayev iş yerində dəyişkən mühitə uyğunlaşmağın üsulları ilə bağlı fikirlərini bölüşüb.

Konfrans Beynəlxalq Kouç Federasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Azərbaycan-Amerika Ticarət Palatasının tərəfdaşlığı ilə təşkil edilib. Bu konfrans Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssisləri bir araya gətirən unikal platformadır.

PwC-də biz şirkətimiz daxilində, müştərilərimizin təşkilatlarında eləcədə cəmiyyətdə liderlər yetişdiririk və həmin liderlər ətrafdakılarını ilhamlandırır. Biz həmçinin ən mühüm məqsədlərə nail olmaq üçün müxtlif perspektivlər nəzərdən keçiririk. Sahələr üzrə yanaşmamız fikir müxtəlifliyini dəstəkləyir, cəmiyyətdə etimad yaradır və müştərilərimizə mühüm problemlərin həllindı köməklik göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3043626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR