Dövlət Gömrük Komitəsi: “Bu videotəsvirlərin Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrinə aidiyyatı yoxdur”

Dövlət Gömrük Komitəsi: “Bu videotəsvirlərin Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrinə aidiyyatı yoxdur”
11:37 9 Aprel 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.
“Report”un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, hadisə Azərbaycan ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: “Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyatı yoxdur”.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yayilan-goruntuler-azerbaycanin-buraxilis-menteqelerinde-bas-vermeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR