İngiltərənin AB-dən anlaşmasız ayrılmasının qarşısını alan qanun layihəsi təsdiqlənib

İngiltərədə bir qrup millət vəkilinin hazırladığı və ölkənin 12 apreldə Avropa Birliyindən (AB) anlaşmasız ayrılmasının (Breksit) qarşısını alan qanun layihəsi təsdiqlənib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin əsas müxalifət partiyası olan İşçi Partiyasının millət vəkili Yvett Koperin rəhbərliyi ilə tərtib edilən qanun layihəsi, Parlamentin yuxarı qanadı olan Lordlar Palatasında edilən dəyişiklərin İcmalar Palatasında qəbul edilməsilə təsdiqlənib.

İngiltərə kraliçası II Elizabet qanun layihəsini dərhal təsdiqləyib, bununla da qanun layihəsi qəbul edilib.

Qanuna görə, Britaniya hökuməti sabah İcmalar Palatasına dəyişikliyə açıq bir qətnamə təqdim edəcək. Millət vəkillərinin müzakirəyə verəcəkləri dəyişiklik təkliflərilə, hökumət AB-dən tələb edəcəyi Breksiti təxirə salmaq tarixini müəyyən edəcəklər. Qəbul ediləcək tarix Baş nazir Tereza Mey tərəfindən çərşənbə günü Breksitlə bağlı keçiriləcək AB liderləri zirvəsinə təqdim ediləcək. Lordların etdiyi digər dəyişikliyə görə, İngilis hökumətinin AB-dən tələb edəcəyi təxirə salma tarixi 22 maydan tez olmamalıdır.

Qeyd edək ki, İcmalar Palatası ötən həftə keçirilən səsvermədə qanun layihəsini 312-yə qarşı 313 səslə qəbul edib. Lordların etdiyi dəyişikliklər isə ötən gün keçirilən səsvermədə 390 “hə” səsi toplayıb. Ancaq AB-nin buna necə cavab verəcəyi hələ ki, məlum deyil.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR