7 şagirdimiz Azərbaycanı Amerikada təmsil edəcək

2019-cu ildə ölkəmizi İntel İSEF-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri arasından seçilmiş 7 şagird 5 layihə ilə təmsil edəcək.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-də Bakı Avropa Liseyinin XI sinif şagirdi Zamin Hüseynov, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Vaqif Məmmədzadə, Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadə, eləcə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Ruslan Bayramov, Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyin X sinif şagirdi Nigar Baxşəliyevanın iştirakı nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR