Ekologiya və Təbii Sərvətlər Naziri Ağcabədi sakinlərini qəbul edəcək

Ekologiya və Təbii Sərvətlər Naziri aprel ayının 19-da Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə ,Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 19 aprel 2019-cu il tarixində saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) Ağcabədi, Bərdə, AğdamTərtər rayonlarının vətəndaşlarını qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.

Bu pərdənin arxasında DƏHŞƏT var - Səs-küy eşidilər və..


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR